• Bakı 12° C

    4.3 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

SOS: Telefona daxil olub, pulları çəkirlər - Bu cür qorunun!

CƏMİYYƏT

27 Sentyabr 2024 | 22:29 | Müəllif: Subhan Mahmudov

SOS: Telefona daxil olub, pulları çəkirlər - Bu cür qorunun!

Son dərəcə təhlükəli kiber müdaxilə var. Vətəndaşların smartfonlarına daxil olaraq, bank hesablarından pulların çəkilməsi ilə bağlı şikayətlər artır.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri İT mütəxəssisi Fərid Pərdəşünas deyib.

"Araşdırma və ilkin dəyərləndirmələrim göstərir ki, bu hücum növü ilə birbaşa smartfona müdaxilə olunur. Bu dələduzluq aktı deyil, kiber müdaxilədir. Smartfona quraşdırdığınız kənar tətbiqlər - "apk" faylları vasitəsilə bu müdaxilələrin olduğu ilkin ehtimaldır.

Vətəndaşlar ilkin olaraq telefonlarının söndüyünü, servisə aparıb, düzəltdikdən sonra isə bank hesablarında olan vəsaitlərinin hamısının çəkildiyindən şikayətlənirlər.

Qorunma üçün smartfonlarınıza kənar "apk" faylları yükləməkdən çəkinin", - mütəxəssis bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026