Türkiyə Ticarət Nazirliyi sosial media fenomeni Şeyma Subaşı cərimələyib.
Bakıvaxtı.az bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.
Məlumata görə, Şeyma Subaşı tekstildən zərgərlik məmulatına qədər bir çox markanın reklamını etdiyini, lakin "reklam" olduğunu bildirməyib.
Qeyd olunub ki, o, fərqli tarixlərdə 5 fərqli markanın reklamını etdiyinə görə 550 min 59 lirə cərimə ödəyəcək.
Mina Mikayılova















