• Bakı 23° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Sosial yardım alanlara XƏBƏRDARLIQ

CƏMİYYƏT

12 Yanvar 2022 | 19:07 | Müəllif: Subhan Mahmudov

Sosial yardım alanlara XƏBƏRDARLIQ

Dövlət Sosial Müdafiə Fondu (DSMF) ünvanlı dövlət sosial yardımını alanlara xəbərdarlıq edib.

Bakıvaxtı.az xəbər verir ki, fondun sosial ödənişlər departamentinin müdiri Rasim Səfərov bildirib ki, ünvanlı dövlət sosial yardımının məbləği ailə tərəfindən ardıcıl gələn 2 ay müddətində kart hesabından götürülmədikdə, elektron sistem tərəfindən sosial yardımın verilməsi dayandırılır:

"Daha sonra isə ailənin sosial yardım almaq hüququna təmsilçinin müraciəti əsasında yenidən baxılır. Aztəminatlı ailənin ödənilmiş sosial yardımdan istifadə etməməsi, həmin ailənin sosial yardıma ehtiyacının olmaması kimi qiymətləndirilir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR