• Bakı 25° C

    5.3 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

"Sovetski"də köçürülmə dayandırılıb, kompensasiya isə..."

CƏMİYYƏT

08 Noyabr 2022 | 12:52

"Sovetski"də köçürülmə dayandırılıb, kompensasiya isə..."

2014-2019-cu illərdə Bakı şəhəri, Yasamal rayonu, "Sovetski" məhəlləsindən 6 mindən çox ailə köçürülüb.

Bakıvaxtı.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov deyib.

Elşad Həsənov bildirib ki, birinci və ikinci mərhələdə köçürülən ailələrə müvafiq qaydada kompensasiyaların ödənilməsi təmin edilib.

Elşad Həsənovun sözlərinə görə, 2019-cu ildən "Sovetski" dən ailələrin köçürülmə prosesi müəyyən səbəblərə görə dayandırılıb. Həmin ərazidə tikilmiş Mərkəzi parkda isə tikinti işləri davam etdirilir və yaxın vaxtlarda növbəti hissəsinin açılışı gözlənilir.

"Sovetski" məhəlləsində köçürülmə işlərinin üçüncü mərhələsinə gəlincə icra başçısı qeyd edib ki, bir sıra məsələlər araşdırıldıqdan sonra növbəti mərhələyə başlanılacaq.

"Üçüncü mərhələdə ailələrə veriləcək kompensasiya isə bazar qiymətlərinə uyğun olaraq müəyyən ediləcək və bu ailələrlə razılaşdırılacaq", - icra başçısı əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026