• Bakı 24° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Sərhəddə əməliyyat: Bir nəfər yaralandı

HADİSƏ

04 Aprel 2021 | 10:28

Sərhəddə əməliyyat: Bir nəfər yaralandı

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfin­dən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahə­sində təd­birlər davam etdirilir.

DSX-nin Mətbuat Mərkəzindən Bakıvaxtı.az-a verilən məlumata görə, bu gün saat 06:15 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Horadiz” sərhəd dəstə­si­nin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamə­tində döv­lət sərhədini pozması müşahidə olunub.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xid­məti əra­zi tam qapadıl­ıb. Sərhəd naryadının “dayan” əmrini icra etməyərək geriyə qaçan sərhəd pozucularına qarşı “Azərbaycan Respublikasının dövlət sərhəd haqqında” Azərbay­can Respublikası Qanunun tələblərinə tam uyğun olaraq silah tətbiq edilib və onlardan biri yaralanıb. Digər sərhəd pozucusu hadisə yerindən qaçaraq müqabil əraziyə keç­ib.

Yaralı sərhəd pozucusuna dərhal ilkin tibbi yardım göstərilib və Füzuli rayonun Diaqnostika Mərkəzinə təxliyəsi təşkil olunub.

Hadisə yerində 2 bağlamada ümumi çəkisi 5,3 kq narkotikə bənzər maddələr aşkar olunub. Hadisə ilə əlaqədar cinayət işi başlanılmışdır, zəruri əməliyyat-is­tintaq hə­rə­kət­ləri həyata keçirilir.
 


Sərhəddə əməliyyat: Bir nəfər yaralandı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026