Starbucks ABŞ-ın Los-Anceles, Sietl və digər böyük şəhərlərdəki 16 mağazasını təhlükəsizlik baxımından bağlayacağını açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, Starbucks sözçüsü təsdiqləyib ki, Sietldə altı, Los-Ancelesdə altı, Portlenddə iki, Filadelfiyada bir və Vaşinqtonda bir mağaza bağlanacaq.
İşçilərə göndərilən məktubda deyilir ki, şirkət “təhlükəsiz, qonaqpərvər və mehriban bir yer yaratmağa” üstünlük verir. Bildirilib ki, bağlanan mağazalardakı işçilər yaxınlıqdakı mağazalara təyinat tələb edə bilərlər.
Nur
















