• Bakı 22° C

    3.18 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 0.0183

Sudanda 3,4 milyon uşaqda epidemiya riski yüksəkdir

DÜNYA

18 Sentyabr 2024 | 11:16

Sudanda 3,4 milyon uşaqda epidemiya riski yüksəkdir

Sudanda beş yaşından kiçik 3,4 milyon uşağın ölümcül epidemik xəstəliklərə yoluxma riski yüksəkdir.

Bakıvaxtı.az "Sinxua"ya istinaən xəbər verir ki, bu, BMT-nin Uşaq Fondunun (UNICEF) yaydığı bəyanatda öz əksini tapıb.

Bəyanata görə, Sudanda yağan güclü yağışlar və daşqınlar nəticəsində vəba, malyariya, denq qızdırması, qızılca və məxmərək kimi xəstəliklər daha tez yayıla bilər. Bu böhranlar peyvənd nisbətlərinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Daxili qarşıdurmaların başlanmasından sonra Sudanda peyvənd əhatəsi təxminən 85 faizdən 50 faizə düşüb. 

Bundan başqa, davam edən daxili qarşıdurmalar səbəbindən sağlamlıq, su, kanalizasiya və gigiyena infrastrukturunun məhv edilməsi bir çox uşağın qidalanmasının pisləşməsinə yol açıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR