• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Sülhməramlılara məxsus yük avtomobili maneəsiz keçdi

CƏMİYYƏT

16 Yanvar 2023 | 19:56 | Müəllif: Subhan Mahmudov

Sülhməramlılara məxsus yük avtomobili maneəsiz keçdi

Rusiya sülhməramlılarına məxsus yük avtomobili Xankəndidən Laçına maneəsiz keçib.

Bakıvaxtı.az xəbər verir ki, aksiya iştirakçıları yoldan çəkilərək avtomobilin keçidinə şərait yaradıblar. Bundan əvvəl sülhməramlılara məxsus daha bir neçə avtomobil də Laçın yolundan maneəsiz keçib.

Qeyd edək ki, Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada keçirdiyi etiraz aksiyası artıq 36 gündür ki, davam edir.

Dekabrın 12-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.(trend)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026