• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Qurban Yetirmişli: Seysmik xəritənin yenilənməsi üçün minimum 4 il lazımdır

CƏMİYYƏT

15 Fevral 2023 | 19:38 | Müəllif: Subhan Mahmudov

Qurban Yetirmişli: Seysmik xəritənin yenilənməsi üçün minimum 4 il lazımdır

Respublika üzrə seysmik xəritənin yenilənməsi üçün minimum 4 il lazımdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu APA-ya açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib. O bildirib ki, bunun üçün bütün respublika ərazisində tədqiqat aparmaq, dəqiqləşdirmələr etmək lazımdır:

"Seysmik rayonlaşdırma xəritəsində hansı ərazilərin 8-9 ballıq olması əks etdiriləcək. Xəritənin hazırlanması üçün Nazirlər Kabinetinə müraciət ediləcək".

Qurban Yetirmişli qeyd edib ki, axırıncı ümumi seysmik rayonlaşdırma xəritəsi 1978-ci ildə hazırlanıb:

"Spitakda baş verən güclü zəlzələdən sonra 1991-ci ildə ümumi seysmik xəritədə avtomatik olaraq seysmik ballar rayonlar üzrə bir bal artırıldı. İndi həmin xəritəni təkmilləşdirmək üçün tədqiqatlar aparmaq lazımdır".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026