• Bakı 22° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Sumqayıtda 13 yaşlı uşağı cərəyan vurdu

HADİSƏ

23 Oktyabr 2023 | 10:30

Sumqayıtda 13 yaşlı uşağı cərəyan vurdu

Sumqayıtda 13 yaşlı uşağı elektrik cərəyanı vurub.

Bakıvaxtı.az xəbər verir ki, 2010-cu il təvəllüdlü Əliyev Aslan Zaur oğlunu yaşadığı ünvanda cərəyan vurduğu, yanıq xəsarətləri aldığı bildirilir. Uşaq ağır vəziyyətdə Sumqayıtda xəstəxanaya yerləşdirilib.

Daha sonra A.Əliyevin vəziyyəti ağırlaşdığından təcili tibbi yardım avtomobili ilə Bakıdakı Yanıq Mərkəzinə göndərilib.

Yanıq Mərkəzindən bildirilib ki, dünən mərkəzə daxil olan A. Əliyevə ilkin tibbi yardım göstərilib.

Başın, qulaq seyvanının, sağ yuxarı ətrafın, gövdənin arxa səthinin, sol dabanın 3-cü və 4-cü dərəcəli elektro texniki yanığı, yanıq şoku diaqnozu qoyulub. O, daha sonra özəl xəstəxanaya köçürülüb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR