• Bakı 9° C

    3.37 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Sumqayıtda 80 ədəd top mərmisi aşkar edildi - FOTOLAR

CƏMİYYƏT

19 Iyul 2023 | 09:07 | Müəllif: Qalib İbrahimoğlu

Sumqayıtda 80 ədəd top mərmisi aşkar edildi - FOTOLAR

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.

Bu barədə Bakıvaxtı.az-a FHN-dən bildirilib.

Verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

    Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların 9 ədəd 30 mm-lik qəlpəli fuqaslı zenit top mərmisi, 12 ədəd 30 mm-lik zirehdələn zenit top mərmisi, 59 ədəd 23 mm-lik zirehdələn zenit top mərmisi, 22 ədəd M-12 partladıcısı, 9 ədəd V-429 partladıcısı, 13 ədəd T-90 partladıcısı və 5 ədəd sursatın partladıcı qalıqları olduğu müəyyən edilib.

    Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

    Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.


    Sumqayıtda 80 ədəd top mərmisi aşkar edildi - FOTOLARSumqayıtda 80 ədəd top mərmisi aşkar edildi - FOTOLARSumqayıtda 80 ədəd top mərmisi aşkar edildi - FOTOLAR
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR