• Bakı 11° C

    1.4 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Sumqayıtda qadının evinə silahlı basqın edildi

HADİSƏ

27 Aprel 2022 | 11:48

Sumqayıtda qadının evinə silahlı basqın edildi

Sumqayıtda qadının evinə silahlı basqın edilib.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə aprelin 23-də saat 5 radələrində “BTZ” bağlar sahəsində yaşayan bir qadının evinə gələn 4 nəfərin onu bıçaqla hədələyərək dolabdan içərisində 4900 manat olan pulqabısını talamaları barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Vüqar Bəylərov və Turan Dadaşlı müəyyən edilərək saxlanılıblar.

Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026