• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Sumqayıtda yeniyetmə həmyaşıdını bıçaqladı

HADİSƏ

17 Dekabr 2025 | 10:24

Sumqayıtda yeniyetmə həmyaşıdını bıçaqladı

Sumqayıtda 16 yaşlı oğlan bıçaqlanıb.

Bakıvaxtı.az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə dekabrın 16-sı şəhərin 16-cı mikrorayon ərazisində qeydə alınıb.

Şəhər sakini 2009-cu il təvəllüdlü T.Ş. bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən onun həmyaşıdı N.A. saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

İlkin məlumata görə, hadisə küçədə baş vermiş mübahisə zəminində törədilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026