• Bakı 24° C

    15.6 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Şuşada seysmik stansiya fəaliyyətə başladı

CƏMİYYƏT

24 Iyul 2024 | 22:51

Şuşada seysmik stansiya fəaliyyətə başladı

Xaricdəki ilk seysmik stansiyamız dost və qardaş ölkə Azərbaycanın Şuşa şəhərində fəaliyyətə başlayıb. Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşlığı nəticəsində ərsəyə gələn stansiya dünyanın hər nöqtəsində baş verən zəlzələləri izləmək bacarığına malikdir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AFAD-ın açıqlamasında bildirilib.

“Ölkələrimiz arasındakı dərin və möhkəm əməkdaşlığın yeni addımı olan Dərin Quyu Seysmik Stansiyası xeyirlərə vəsilə olsun” ifadələrinin yer aldığı açıqlamada stansiya ilə bağlı məlumatlar diqqətə çatdırılıb.

Paylaşıma stansiya ilə bağlı hazırlanan xüsusi videoçarx əlavə edilib.

Xatırladaq ki, AMEA ilə AFAD arasında zəlzələ müşahidə sistemləri üzrə əməkdaşlıq haqqında anlaşma memorandumu ötən il sentyabrın 7-də imzalanıb.


SON XƏBƏRLƏR

05 Iyul 2025