• Bakı 10° C

    10.64 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Şuşada tikintiyə icazə ilə bağlı qayda müəyyənləşdi

GÜNDƏM

05 Sentyabr 2023 | 19:46 | Müəllif: Subhan Mahmudov

Şuşada tikintiyə icazə ilə bağlı qayda müəyyənləşdi

Nazirlər Kabineti “Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması ilə bağlı hallar”ına dəyişiklik edib.

Bakıvaxtı.az xəbər verir ki, dəyişiklik Şəhəri Dövlət Qoruğu İdarəsinin Şuşa şəhəri ərazisində tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması ilə əlaqədardır.

Beləliklə, tikintiyə icazənin qüvvədə olma müddəti sifarişçinin müraciəti əsasında Fövqəladə Hallar Nazirliyinin tikinti işlərinin dayandırılması ilə bağlı qərarı olduğu halda, həmin qərarın Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Şuşa şəhərinin ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı yazılı göstərişi olduğu halda, həmin göstərişin qüvvədə olduğu müddətə qeyd-şərtsiz olaraq uzadılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026