• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Şuşada Vaqif poeziya günləri keçiriləcək

CƏMİYYƏT

09 Fevral 2023 | 15:29

Şuşada Vaqif poeziya günləri keçiriləcək

Bu il Şuşada türk dünyasının tanınmış şair və yazıçılarının iştirakı ilə ədəbi-bədii tədbirlər keçiriləcək.

Bakıvaxtı.az  xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun təsdiqlədiyi Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planında yer alıb.

Festivalın iyul-sentyabr ayında keçiriləcəyi planlaşdırılır.

Həmçinin Vaqif poeziya günləri çərçivəsində TÜRKSOY-a üzv ölkələrin şairlərinin görüşü, Mir Möhsün Nəvvab Qarabağinin 190 illiyinə həsr olunmuş sərginin təşkili və “Mir Möhsün Nəvvab Qarabağinin silah kolleksiyası” adlı kitab-kataloqun təqdimatı, “Məclisi-üns” ədəbi məclisi təşkil ediləcək.

Tədbirlərin icraçı orqanları Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026