• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Suyumuz niyə keyfiyyətsizdir? - AÇIQLAMA

CƏMİYYƏT

25 Aprel 2023 | 13:42 | Müəllif: Qalib İbrahimoğlu

Suyumuz niyə keyfiyyətsizdir? - AÇIQLAMA

Son illər Azərbaycanda, xüsusən Bakıda əhali içməli suyun çirkliliyindən və keyfiyyətsizliyindən şikayətlənir. Vəziyyət o həddə çatıb ki, ya su filtlərindən istifadə edir, ya da marketlərdən aldığımız suya üstünlük veririk.

İqtisadçı-ekspert Natiq Cəfərli Bakıvaxtı.az-a açıqlamasında suyun keyfiyyəti ilə bağlı həqiqətən ciddi şikayətlərin olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycanda əhaliyə verilən suyun keyfiyyətində həmişə problemlər olub.

“Son zamanlar da problem və şikayətlər artır. Ona görə də, bu sahədə köklü dəyişiklikləörə ehtiyac var”.

Ekspert hesab edir ki, ola bilər, su paylanılması, idarə edilməsi dövlətdən alınıb özəl sektorlara verilsin və suyun keyfiyyəti ilə bağlı daha kəskin tələblər qoyulsun. “İndiki halda dövlətin əlindədirsə, keyfiyyət tələblərinin qoyulması da heç bir effekt vermir”.

Məsələylə bağlı "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat katibi Anar Cabrayıllı Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, əhaliyə verilən içməli suyun keyfiyyət göstəriciləri standartlara tam uyğundur.

Onun sözlərinə görə, mərkəzi və 9 regional laboratoriya ilə suyun keyfiyyətinə mütəmadi nəzarət olunur.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026