• Bakı 18° C

    7.79 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Görünməmiş DƏLƏDUZLUQ: 70 minə aeroportda vəzifə, ipoteka ilə ev vədi

CƏMİYYƏT

26 May 2022 | 00:43 | Müəllif: Subhan Mahmudov

Görünməmiş DƏLƏDUZLUQ: 70 minə aeroportda vəzifə, ipoteka ilə ev vədi

Bakıda ana və oğluna qarşı dələduzluq edən Nurlan Tağızadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bakıvaxtı.az Lent.az-a istinadən xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib. İş hakim Fərid Əmirəliyevin icraatına verilib.

Əldə etdiyimiz məlumata görə, fiziki şəxs olan Nurlanın əməlindən 2 zərərçəkmiş var. Onlar da Z.Əsgərova və oğlu Fuad Əsgərovdur. İttiham aktına görə, Nurlan Tağızadə Fuadı Hava Limanında yoxlama-nəzarətçi vəzifəsinə “düzəltmək” və onlara ipoteka ilə ev almaq vədi verib. Bu vədlərlə zərərçəkmişlərdən ümumilikdə 70 min manatdan çox pul alıb.

N.Tağızadə Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) maddəsi ilə təqsirli bilinib.

Məhkəmənin hazırlıq iclası yaxın günlərdə baş tutacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026