• Bakı 22° C

    3.18 m/s

  • USD - 1.7

    EUR - 1.7985

    RUB - 0.0175

Taliban lideri Qətərin Baş naziri ilə gizli görüşdü

DÜNYA

31 May 2023 | 17:01

Taliban lideri Qətərin Baş naziri ilə gizli görüşdü

Talibanın ali lideri Heybətullah Axundzadə may ayında Qətərin Baş naziri Məhəmməd bin Əbdül Rəhman əs-Sani ilə gizli danışıqlar aparıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Röyters” mənbəyə istinadən məlumat yayıb.

“Danışıqların əsas mövzusu beynəlxalq ictimaiyyətlə münasibətlərdə yaranmış gərginliyin aradan qaldırılması olub. Şeyx Məhəmmədin Taliban lideri ilə müzakirə etdiyi məsələlər arasında qızların təhsili və qadınların işə götürülməsinə qoyulan qadağanın aradan qaldırılması zərurəti də olub”, - mənbə bildirib.

Vurğulanır ki, görüş mayın 12-də Əfqanıstanın cənubundakı Qəndəhar şəhərində baş tutub.

Qeyd olunur ki, bu hadisələr Əfqanıstan hakimiyyətinin ölkənin təcridinə son qoymağa kömək edəcək yolları müzakirə etməyə hazır olduğunu göstərir.


SON XƏBƏRLƏR

30 Sentyabr 2023