• Bakı 13° C

    1.21 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

"Taliban"dan dünya müsəlmanlarına ÇAĞIRIŞ

DÜNYA

11 Iyul 2023 | 17:10

"Taliban"dan dünya müsəlmanlarına ÇAĞIRIŞ

Əfqanıstanda siyasi hakimiyyətə gələn “Taliban” hərəkatı İsveç dövləti ilə bütün əlaqələrin dayandırıldığını bəyan edib.

Bakıvaxtı.az xəbər verir ki, “Taliban” rəhbərliyi qərarın iyunun 28-də Stokholmun mərkəzində müqəddəs Quran kitabının yandırılması ilə əlaqədar qəbul edildiyini vurğulayıb.

“Taliban”ın yaydığı bəyannamədə digər ölkələrdən, xüsusən də islam ölkələrindən İsveçlə qarşılıqlı əlaqələrə yenidən baxmaq xahiş olunur.

Xatırladaq ki, iyunun 28-də Stokholmun mərkəzində Medboryarplatsen meydanında 37 yaşlı iraqlı qaçqın Salvan Momika Quranın nüsxəsini yandırmaqla aksiya keçirib. Bu hadisə xüsusən müsəlmanların çoxluq təşkil etdiyi ölkələrdə ciddi etirazlarla qarşılanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR