• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Talış kəndinin 29 sakini işlə təmin olunub

CƏMİYYƏT

20 Aprel 2023 | 16:24 | Müəllif: Qalib İbrahimoğlu

Talış kəndinin 29 sakini işlə təmin olunub

Böyük Qayıdış proqramı çərçivəsində Tərtər rayonu, Talış kəndinin sakinlərinin məşğulluğuna dəstək tədbirləri davam edir.

Bakıvaxtı.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ilk mərhələdə kəndə köçürülən 20 ailə ilə görüşlər keçirilib. Təhlillər aparılaraq məşğulluq tədbirlərinə cəlb edilə biləcək şəxslər müəyyənləşdirilib.

Bunun nəticəsi olaraq kəndin artıq 29 sakininin məşğulluğu təmin edilib. Onlar müxtəlif vakansiyalar üzrə işlə təmin olunublar.

Agentlik tərəfindən kənd sakinlərinin özünüməşğulluq proqramına cəlb olunması işləri də aparılır. Artıq 9 sakin özünüməşğulluq proqramına cəlb edilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə həmin şəxslər üçün biznes təlimləri təşkil edilib. Yaxın günlərdə onlara proqram çərçivəsində müxtəlif iqtisadi sahələr üzrə kiçik təsərrüfatlarını yaratmaları üçün avadanlıqlar veriləcək.

Talış kəndində fəaliyyət göstərən müəssisələr müəyyən olunub, vakansiya tələbləri öyrənilib. Həmin işəgötürənlərlə “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə əməkdaşlıq edilməsi üçün işlər də aparılır.

Proqrama cəlb olunacaq sakinlərin əməkhaqqının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən ödəniləcək ki, bununla  proqram həmin sakinlərin məşğulluğu ilə yanaşı, ərazidəki işəgötürənlərə də dəstək olacaq.

 

 


Talış kəndinin 29 sakini işlə təmin olunub
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026