• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Tanınmış həkim qəzaya düşüb - FOTO

HADİSƏ

28 Mart 2021 | 13:13

Tanınmış həkim qəzaya düşüb - FOTO

Tanınmış həkim Vasif İsmayıl qəzaya düşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə həkimin özü sosial şəbəkədə məlumat paylaşıb.

O bildirib ki, hadisə martın 27-si axşam saatlarında qeydə alınıb:

“Dünən axşam taksidə qəzaya uğradıq. Öndə oturmuşdum. Sürət 30-40 km/saat ancaq olardı. Asfalt sürüşkən. Birdən ən öndəki qırmızı Jiquli nədənsə dayandı. Ard-arda maşınlar bir-birinə girdi.

Boynumda şiddətli ağrı və üzümdən axan istilik hiss etdim. Bir göz qırpımından belə qısa çəkmişdi. Ani zərbədən başım maşının tavanına dəyibmiş. Alnım və başım yarıldır.

Kəmər taxma alışqanlığım olmasa, yəqin, başımla şüşəyə dəyəcəkdim. Bu qədər yavaş sürətdə... Kəmər taxın - həyat qurtarır!”

Qeyd edək ki, Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasının həkimi olan V.İsmayıl 30-dan çox elmi məqalənin müəllifidir. O, Azərbaycan Uroloqları Assosiasıyası, Avropa Uroloqları Cəmiyyəti, Türk Urologiya Cəmiyyəti, Türk Andrologiya Cəmiyyəti, Türk Qadın Urologiyası Cəmiyyətlərinin üzvüdür.


Tanınmış həkim qəzaya düşüb - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026