• Bakı 17° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Tanınmış jurnalistə AzTV-də vəzifə verildi

MEDİA

28 Aprel 2023 | 16:16

Tanınmış jurnalistə AzTV-də vəzifə verildi

Tanınmış jurnalist Rüfət Seyidova "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də vəzifə verilib.

Bakıvaxtı.az xəbər verir ki, o, sosial şəbəkə paylaşımında bildirib.

R.Seyidovun sözlərinə görə, o, fəaliyyətini "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi və mətbuat katibi kimi davam etdirəcək.

"Bu müddətdə maraqlı dəyişikliklərin şahidi oldum, fərqli təcrübə qazandım. Düşündüm ki, Media sferası daha maraqlı, dinamik və doğmadır. İş fəaliyyətimin bütün mərhələlərində mənə dəstək verən hər bir kəsə təşəkkür edir, göstərilən etimada görə minnətdarlığımı bildirirəm", - deyə Rüfət Seyidov qeyd edib.

Nuranə


SON XƏBƏRLƏR

25 Aprel 2024