• Bakı 12° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Əhməd İsmayılov media sahəsindəki islahatların əsas məqsədini AÇIQLADI

MEDİA

25 May 2023 | 10:37

Əhməd İsmayılov media sahəsindəki islahatların əsas məqsədini AÇIQLADI

“Media subyektləri ilə cəmiyyət və dövlət arasında münasibətlərin tənzimlənməsi məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq, medianın fəaliyyətinə mane olan problemlərin həllinə dair təklifləri dövlət və yerli özünüidarəetmə orqanlarına təqdim etmək Media Agentliyinin daim diqqətdə saxladığı məsələlərdəndir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Media Agentliyinin icraçı direktoru Əhməd İsmayılov Femida Dialoq Platforması üzrə media nümayəndələri ilə görüşdə deyib.

O bildirib ki, media subyektlərinin inkişafı üçün əlverişli şəraitin yaradılmasının ölkəmizdə plüralizmin, fikir və söz azadlığının təmin edilməsinin bariz sübutudur: “Media sahəsində islahatların əsas məqsədi media mühitinin sağlamlaşdırılması və keyfiyyətli xəbər istehsalını dəstəklənməkdir”.
 


SON XƏBƏRLƏR