• Bakı 15° C

    1.16 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Tatarıstan rəhbəri Moldovaya buraxılmadı

DÜNYA

17 Aprel 2023 | 21:21 | Müəllif: Subhan Mahmudov

Tatarıstan rəhbəri Moldovaya buraxılmadı

Rusiyanın Tatarıstan Respublikasının rəhbəri Rüstəm Minnixanov aprelin 17-də Moldovaya buraxılmayıb və “arzuolunmaz şəxs” kimi tanınıb.

O, Kazanın iqtisadi və humanitar əməkdaşlığı inkişaf etdirdiyi Qaqauz muxtariyyətinə uçub. Minnixanovun “Xalqlar Dostluğu - 2023” Beynəlxalq Xalq Diplomatiyası Konqresində iştirakı nəzərdə tutulmuşdu.

Bakıvaxtı.az xəbər verir ki, onunla birlikdə Tatarıstanın ən böyük sənaye və investisiya holdinqi “Ak-Bars”ın direktoru İvan Eqorov da Moldovaya buraxılmayıb.

 “Təəssüf ki, Moldova hakimiyyəti qərara aldı ki, biz bu ölkəyə gələ bilməyən arzuolunmaz vətəndaşlarıq. Bizim yaxşı ənənələrimiz var. Tatar xalqı ilə qaqauz xalqı qardaşdır”, - deyə respurblika başçısı hadisəni şərh edərkən bildirib.

Xatırladaq ki, Qaqauziya ilə Tatarıstan Respublikası arasında əməkdaşlıq müqaviləsi 1999-cu ildə imzalanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR