• Bakı 12° C

    9.93 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Taxıl sahəsindəki yanğın söndürüldü - YENİLƏNİB

HADİSƏ

05 Avqust 2023 | 16:36

Taxıl sahəsindəki yanğın söndürüldü - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayonu, Maxta kəndinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, dərhal əraziyə Şərur Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşa məxsus həyətyanı sahədə quru ot, kol-kos və oduncaq tullantılarının yandığı və yanğının yaxınlıqdakı evə keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən fərdi yaşayış evinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində təxminən 600m² sahədə quru ot, kol-kos və oduncaq tullantıları yanıb, yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

 

13:36

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayon Maxta kəndində biçilmiş taxıl sahəsində yanğının baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, dərhal əraziyə Şərur Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026