• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Təbii su hövzələrinə balıq körpələri buraxılacaq

CƏMİYYƏT

08 Sentyabr 2021 | 14:24

Təbii su hövzələrinə balıq körpələri buraxılacaq

Balıq ehtiyatlarının qorunmasının vacibliyinin təşviqi, populyasiyasının artırılması, ölkənin təbii su hövzələrinin zənginləşdirilməsi məqsədilə 2021-ci ilin sentyabr-oktyabr ayları ərzində müxtəlif növ balıq körpələri təbii su hövzələrinə buraxılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib.

O qeyd edib ki, Göygöl, Maralgöl, Nohurqışlaq göllərinə, Kür çayına, Kiçik Qızılağac körfəzinə, Mingəçevir, Şəmkir və Yenikənd su anbarlarına balıqartırma müəssisələrində yetişdirilən nərə, uzunburun, forel, çəki, qalınalın, ağ amur körpələrinin buraxılması planlaşdırılır: “Biz bütün balıq yetişdirən müəssisələri balıq körpələrinin su hövzələrinə buraxılması aksiyalarında yaxından iştirak etməyə, ölkədə balıq ehtiyatlarının artırılmasına bizimlə birgə töhfə verməyə çağırırıq. Balıq körpələrinin təbii su hövzələrinə buraxılışı oktyabrın sonunadək davam edəcək”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026