• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Nazir 6 məktəbə direktor TƏYİN ETDİ

CƏMİYYƏT

08 Oktyabr 2021 | 13:42

Nazir 6 məktəbə direktor TƏYİN ETDİ

Oktyabrın 1-dən direktor vəzifəsinə işə qəbul üzrə müsahibələrin ikinci mərhələsinə start verilib.

Təhsil Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, bu mərhələyə test imtahanı nəticəsi 30 bal və daha çox olan namizədlər dəvət olunub.

Müsahibə mərhələsində namizədlərin peşə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları, dünyagörüşü və şəxsi keyfiyyətləri yoxlanılır.

Hər müsahibə gününün sonunda Təhsil Nazirliyinin rəsmi internet səhifəsindəki müvafiq bölmədə həmin gün müsahibədə iştirak etmiş namizədlərin nəticələri elan edilir.

İndiyədək keçirilən müsahibələrdə 29 namizəd iştirak edib, onlardan 6-sı uğur qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026