Cinsi təcavüzdə ittiham olunan aktyor Oh Yeon Soonu bir il həbs cəzası gözləyir.
Bakıvaxtı.az-ın xarici mediaya istinadən xəbər verir ki, məhkəmə iclasında prokurorluq ulduzun uşaq və yeniyetmələrlə işləməsinə qadağa qoyulmasını da təklif edib.
79 yaşlı aktyor məhkəmədə bu yaşda bütün həyatının dağıldığı üçün təəssüfləndiyi deyib.
Qeyd edək ki, aktyor 2022-ci ilin noyabrında təcavüzdə ittiham olunub.
Şikayətdə onun 2017-ci ildə iş yoldaşını razılığı olmadan qucaqlayıb öpdüyü bildirilib.
Günəş Mərd




jpg-1709812636.webp)











