• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Təhlükəli asteroid Yerə yaxınlaşır

CƏMİYYƏT

09 Sentyabr 2023 | 10:12

Təhlükəli asteroid Yerə yaxınlaşır

34 il bundan əvvəl itən, diametri 1,2 km-ə qədər olan təhlükəli asteroid Yerə yaxınlaşır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə NASA-nın Yerə yaxın obyektlərin tədqiqi mərkəzi məlumat yayıb.

Bildirilir ki, asteroidin Yerə ən yaxın yaxınlaşması oktyabrın 3-də baş verəcək. İki obyekt arasındakı məsafə 0,042 astronomik vahid və ya demək olar ki, 6,3 milyon km olacaq.

Belə ki, alimlər Yerin orbitindən 7,5 milyon km-dən az məsafədə göy cisimlərini potensial təhlükəli hesab edirlər.

Qeyd edilir ki, asteroid 20,96 km/san sürətlə hərəkət edir, diametri isə 520-1200 m-ə çata bilir. O ilk dəfə 30 sentyabr 1989-cu ildə müşahidə olunub, bundan sonra cisim 34 ilə yaxın müddət ərzində yox olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026