İranın paytaxtı Tehran və Əlburz əyalətlərində anomal istilər səbəbindən bütün dövlət qurumları 1 gün müddətinə bağlanıb.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, İran Hökuməti İnformasiya Şurasının yazılı açıqlamasında, qərarın ölkə daxilində davam edən həddindən artıq istilər səbəbilə xalqın sağlamlığını qorumaq və enerji istehlakını idarə etmək üçün verildiyi bildirilib.
Qərara əsasən, Tehran və Əlborz vilayətində yardım xidmətləri istisna olmaqla, bütün dövlət qurumları və banklar bağlanacaq.
Əli Hüseynov
















