• Bakı 23° C

    8.28 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Təl-Əviv hava limanı hipersəs raketlə vuruldu

DÜNYA

22 Mart 2025 | 14:31 | Müəllif: Gülşən Şərif

Təl-Əviv hava limanı hipersəs raketlə vuruldu

Ənsarullah hərəkatı (husilər) Təl-Əvivin Ben Qurion hava limanına səsdən sürətli raketlə hücum edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə hərəkat özü açıqlama yayıb.

“Biz işğal altındakı Yaffa bölgəsində yerləşən Ben Qurion hava limanını Fələstin-2 hipersəs ballistik raketi ilə vurduq. Bütün aviaşirkətlərə xəbərdarlıq edirik ki, Ben Qurion hava limanı hava hərəkəti üçün təhlükəli hala düşüb və belə də qalacaq”, - Husilərin yaydığı bəyanatda bildirilib.

Qeyd edək ki, hücumun nəticələri ilə bağlı məlumat yoxdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026