• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Televiziya kanallarındakı nöqsanlardan danışıldı

CƏMİYYƏT

30 May 2023 | 10:47

Televiziya kanallarındakı nöqsanlardan danışıldı

"Audiovizual mediada müəyyən qüsurlar var".

Bakıvaxtı.az xəbər verir ki, bunu Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov “Audiovizual mediada uşaq hüquqlarının qorunması” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.

O, həmin qüsurların cəmiyyəti narahat etdiyini bildirib. Aparat rəhbəri həmçinin bu istiqamətdə mütəmadi olaraq monitorinqlərin keçirildiyini və nöqsanlarla bağlı araşdırmaların aparıldığını vurğulayıb.

F.Novruzovun sözlərinə görə, bəzi hallarda monitorinqdə aşkarlanmayan pozuntular şikayət əsasında müəyyən edilib.

"Bəzən pozuntulara görə yayım dayandırılır. Yayımçı üçün yayımın dayandırılması maliyyə sanksiyasından ağırdır", - F.Novruzov əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026