• Bakı 23° C

    2.28 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Təndirxanadan külli miqdarda narkotik vasitə aşkarlandı

HADİSƏ

25 Iyun 2024 | 11:45

Təndirxanadan külli miqdarda narkotik vasitə aşkarlandı

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Mehman Rzayev saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, onun üzərindən və yaşadığı evin həyətində yerləşən təndirxanadan 2 kiloqram marixuana aşkarlanıb.

Əlavə olaraq, saxlanılan şəxsin həyətindən kultivasiya yolu ilə yetişdirdiyi 48 ədəd çətənə bitkisi də aşkarlanıb.

M.Rzayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.


SON XƏBƏRLƏR

28 Iyun 2024