Türkiyənin İstanbul şəhərinin Beşiktaş səmtində yerləşən məşhur restoranlardan birinə silahlı basqın edilib.
Bakıvaxtı.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Məlumata görə, hadisə ötən gecə gec saatlarda qeydə alınıb. Hücumun məkana buraxılmayan şəxs və ya şəxslər tərəfindən törədildiyi iddia olunub. Hadisə nəticəsində restoranın 2 işçisi və 1 gülsatan yaralanıb.
Bundan başqa, müğənni Teoman da məkanda olanlar sırasında olub. O, atışmadan sonra avtomobilinə minərək oradan uzaqlaşıb.
















