• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

“Tərtər işi” ilə bağlı bu qərar LƏĞV EDİLDİ

CƏMİYYƏT

07 Fevral 2022 | 22:14 | Müəllif: Subhan Mahmudov

“Tərtər işi” ilə bağlı bu qərar LƏĞV EDİLDİ

Tərtər hadisələri ilə bağlı təqsirləndirilən şəxs qismində tanınmış, lakin öldüyünə görə cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilmiş müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Quliyev Elçin Mətləb oğlu ilə bağlı qərar ləğv edilib.

Bakıvaxtı.az bildirir ki, APA-nın əldə etdiyi məlumata görə, Baş Prokuror Kamran Əliyev 31 yanvar 2022-ci il tarixində bununla bağlı qərarı ləğv edib.

Sözügedən qərar bu gün mərhum hərbçinin anası Validə Əhmədovaya təqdim olunub.

Qeyd edək ki, bir müddət əvvəl Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətləri "Tərtər işi"nin yenidən araşdırılması üçün istintaq qrupunun yaradılması ilə bağlı məlumat yayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026