• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Tərtərdə baş verən yol qəzasında bir nəfər ölüb

HADİSƏ

23 Noyabr 2021 | 00:35 | Müəllif: Subhan Mahmudov

Tərtərdə baş verən yol qəzasında bir nəfər ölüb

Tərtərdə ölümlə nəticələnən yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Tərtər-Goranboy yolunun Hacıqərvənd kəndi hissəsində qeydə alınıb.

Tərtər şəhər sakini, 1983-cü il təvəllüdlü Səfərov Yediyar Osman oğlunun idarə etdiyi "VAZ-2107" markalı minik maşını Tərtər rayon sakini, 1992-ci il təvəllüdlü Bayramlı Qalib Firdovsi oğlunun idarə etdiyi "VAZ-2106" markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Nəticədə "VAZ-2106" markalı nəqliyyat vasitəsinin sərnişini, 1991-ci il təvəllüdlü, Tərtər rayonu Hacıqərvənd kənd sakini Verdiyev Sərxan Bəbir oğlu aldığı xəsarətlərdən Tərtər rayonu Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Faktla bağlı araşdırma başlanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR