• Bakı 26° C

    4.38 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Tərtərdəki qəzada xəsarət alanlardan XƏBƏR VAR

CƏMİYYƏT

29 Dekabr 2025 | 09:55

Tərtərdəki qəzada xəsarət alanlardan XƏBƏR VAR

Borsunlu-Hindarx yolunun Tərtər rayonunun Azad Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslər özəl tibb müəssisəsinə təxliyə olunublar.

Tərtər Rayon Mərkəzi Xəstəxanasından Bakıvaxtı.az-a verilən məlumata görə, yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan pasiyentlər Bərdə şəhərində yerləşən özəl tibb müəssisələrindən birinə təxliyə ediliblər.

Xatırladaq ki, ötən gün baş verən yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan "Mercedes" və "Mitsubishi" markalı minik maşınlarının toqquşub, nəticədə iki nəfər xəsarət alıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR