• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Təyyarə kəskin qoxuya görə təcili eniş etdi

DÜNYA

01 Aprel 2024 | 22:47 | Müəllif: Subhan Mahmudov

Təyyarə kəskin qoxuya görə təcili eniş etdi

Almaniyada təyyarə tualetdən gələn kəskin qoxuya görə təcili eniş edib.

Bakıvaxtı.az xəbər verir ki, Birləşmiş Hava Yollarına məxsus təyyarə Almaniyanın Frankfurt şəhərindən havaya qalxıb və San-Fransiskoya yola düşüb.

Lakin təyyarə havaya qalxdıqdan sonra tualetlərdən birinin nasaz olduğu məlum olub. Bundan əlavə, oradan xoşagəlməz qoxular gəlib ki, bu da sərnişinlərin diqqətini çəkib.

Stüardessalar tualeti düzəltməyə çalışarkən təyyarə Şimal dənizi üzərində bir neçə dövrə vurub. Ekipaj üzvləri nasazlığı aradan qaldıra bilmədikdə isə pilotlar təcili olaraq uçuş hava limanına qayıtmağa qərar veriblər.

Aviaşirkət rəsmiləri bildiriblər ki, sərnişinlər hoteldə yerləşdiriliblər və növbəti reyslə yola salınıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026