Amerikada dünyanı lərzəyə gətirən hadisə yaşanıb.
Bakıvaxtı.az-ın məlumatına görə, belə ki, klinikaların birində tibb bacısı çalışan Çarlz Kallen 400 nəfərin ölümündə ittiham edilir. O, qayğısına qaldığı xəstələrə kömək etməli olsa da, onların həyatına son qoymağı üstün tutub.
Tibb bacısı 21-91 yaş arası 40 xəstəni öldürdüyünü etiraf etsə də, onun 400 nəfəri öldürdüyü güman edilir.
Çarlz Kallen 16 illik karyerası ərzində yüzlərlə dəfə etdiyi kimi xəstəyə venadaxili iynə vurarkən sakitcə gülümsəyirdi. Lakin o, xəstələri sağaltmaq üçün iynə vurmurdu. Əvəzində “maraq” naminə qəsdən öldürmək üçün ölümcül dozalarda ürək dərmanı verirdi.
Nuranə Daxilqızı
















