• Bakı 20° C

    2.78 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Tikintiyə nəzarət sərtləşdirilir

CƏMİYYƏT

07 Aprel 2023 | 14:20

Tikintiyə nəzarət sərtləşdirilir

Müvafiq əsaslarla tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular bir il ərzində aradan qaldırılmadıqda tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi söküləcək.

Bakıvaxtı.az xəbər verir ki, məsələ bu gün Milli Məclisin iclasında müzakirəyə çıxarılan Şəhərsalma və Tikinti Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Bu müddət hazırda 2 ildir.

Qüvvədə olan qanuna görə, tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda Tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi sökülür. Layihəyə əsasən, bu müddətin 6 aya endirilməsi təklif olunur.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026