“TikTok” sosial şəbəkəsinin sahibi olan Çinə məxsus “ByteDance” şirkəti işçiləri arasında inamını artırmaq üçün onların səhmlərini daha yüksək qiymətə almağı təklif edir.
Bakıvaxtı.az-ın xarici mediaya istinadən xəbərinə görə, bununla bağlı Çinin texnologiya nəhəngi olan “ByteDance” səhmləri öncəki illə müqayisədə daha baha almağı təklif edir. Artıq bununla bağlı plan təsdiqlənib.
Şirkətin sözçüsü bildirib ki, burada əsas məqsəd işçilərin motivasiyasını artırmaqdır.
















