• Bakı 27° C

    3.85 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Tiqran Xaçatryan saxlanıldı

DÜNYA

09 Noyabr 2023 | 19:56

Tiqran Xaçatryan saxlanıldı

Ermənistan Respublikasının Zəngəzur vilayətinin keçmiş qubernatorunun oğlu Tiqran Xaçatryan saxlanılıb. 

Bakıvaxtı.az xəbər verir ki, Tiqran Xaçatryanın Gorus şəhərində silahdan istifadə etməklə xuliqanlıqda və bir şəxsə yüngül bədən xəsarəti yetirilməsində iştirakı müəyyən edilib. 

Bu barədə Ermənistan Respublikası İstintaq Komitəsinin mətbuat xidməti bildirib. 

Qeyd edək ki, Tiqran Xaçatryan Ermənistanın Zəngəzur (Sünik) vilayətinin keçmiş qubernatoru Surik Xaçatryanın oğludur. 

Məlumata görə, Tiqran Xaçatryan avtomobil təkərlərinin satışı ilə məşğul olan 46 yaşlı iş adamı ilə münasibətlərinə aydınlıq gətirərkən, yanında olan silahdan ona atəş açaraq yüngül xəsarət yetirib, daha sonra hadisə yerindən qaçıb. 

O, saxlanılaraq istintaqa təhvil verilib. /yenisabah


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026
04 Sentyabr 2026