• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Tokayev Xələfovu təltif etdi

SİYASƏT

12 Aprel 2022 | 13:30 | Müəllif: Subhan Mahmudov

Tokayev Xələfovu təltif etdi

Qazaxıstanın Bakıdakı səfiri Serjan Abdıkarimov Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovla görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qazaxıstan səfirliyi məlumat yayıb.

Səfir Prezident Qasım-Jomart Tokayevin adından Qazaxıstan-Azərbaycan münasibətlərin inkişafında verdiyi mühüm töhfələrə görə ona "Qazaxıstan Respublikasının Müstəqilliyinin 30 illiyi" yubiley medalını təqdim edib.

Diplomatlar ikitərəfli əməkdaşlığın bundan sonra da möhkəmləndirilməsi məsələlərini, o cümlədən, bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar müxtəlif tədbirlərin hazırlanması və keçirilməsini müzakirə ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026