• Bakı 20° C

    7.96 m/s

  • USD - 1.7

    EUR - 1.8131

    RUB - 0.0182

Bakıya verilişə gələndə itkin düşən yaşlı qadın TAPILDI - YENİLƏNİB 

HADİSƏ

23 May 2022 | 18:52

Bakıya verilişə gələndə itkin düşən yaşlı qadın TAPILDI - YENİLƏNİB 

Tovuzdan Bakıya verilişə gələndə itkin düşıən yaşlı qadın tapılıb.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov APA-ya bildirib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq axtarış tədbirləri nəticəsində Tovuz rayonu Hunanlar kənd sakini Firuzə Yusifovanın yeri Bakı şəhərində müəyyən edilib.

O, gün ərzində ailəsinə təhvil veriləcək.

 

***09:46

Tovuzda itkin düşən şəxs axtarılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Tovuz rayon Hunanlar kənd sakini, 1940-cı il təvəllüdlü Firuzə Yusifova may ayının 16-da yaşadığı evdən çıxaraq Bakı şəhərində yerləşən “ARB” telekanalına gedib və bir daha geri qayıtmayıb.

Sonuncu dəfə həmin telekanalın inzibati binasının yaxınlığında görülən şəxsin əlamətləri belədir: Boyu 160 sm, saçları ağ rəngdədir, arıq bədən quruluşludur. Evdən çıxarkən onun əynində göy rəngli don və ağ rəngli köynək olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-315-00-94 şəhər və (070) 213-64-00 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


SON XƏBƏRLƏR

22 Aprel 2024