“Elə vaxt olub ki, 2500 manata məclis danışmışam, 18 min manat şabaş yığmışam”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Nüşabə Musayeva “Xəbərin var?” verilişinə açıqlamasında deyib.
Müğənni bu pulları halal zəhməti ilə qazandığını vurğulayıb.
“Bu, mənim halal zəhmətimdir, mənə kimsə havayı pul verməyib. Əvvəllər mənim rəqslərimi tənqid edirdilər, indi isə özləri rəqs edirlər. Mən meydangirlik edirəm”, - deyə Nüşabə Musayeva qeyd edib.
Ziyafət Əlisoy
















