• Bakı C

    9.47 m/s

  • USD - 1.7

    EUR - 2.0105

    RUB - 2.2069

Tramp ABŞ-yə girişi məhdudlaşdırır: daha səkkiz ölkə hədəfdə...

DÜNYA

10 Fevral 2026 | 08:21

Tramp ABŞ-yə girişi məhdudlaşdırır: daha səkkiz ölkə hədəfdə...

12 ölkə vətəndaşlarının ABŞ-yə girişini qadağan edən ilkin səyahət qadağasından sonra Amerika Prezidenti Donald Tramp siyahıya daha səkkiz ölkə əlavə edib.

Bakıvaxtı.az "capital.fr"ə istinadən xəbər verir ki, qərarla bağlı Tramp ölkəni daha təhlükəsiz etmək istədiyini deyib.

"Le Parisien" qəzetinin məlumatına görə, son həftələrdə ciddi tənqidlərlə üzləşən Amerika Prezidenti bu siyahını daha yeddi ölkəyə - Burkina Faso, Niger, Mali, Cənubi Sudan, Suriya, Laos və Syerra-Leoneyə qədər genişləndirib.

Əldə edilən məlumata görə, bu qadağa bütün Fələstin vətəndaşlarını da əhatə edir. 

Donald Trampın diqqət mərkəzində bir çox Afrika ölkəsi də var.

9 iyun tarixində Amerika Prezidenti ölkəni xarici terrorçulardan qorumağın vacibliyini qeyd edib və Yəmən, Sudan, Liviya, Somali, Birma, Əfqanıstan, Çad, Konqo Respublikası, Ekvatorial Qvineya, Eritreya, Haiti və İrandan girişi qadağan edib. Burundi, Kuba, Laos, Syerra-Leone, Toqo, Türkmənistan və Venesuela viza məhdudiyyətlərinə məruz qalıb. İyun ayının sonlarında "Washington Post" qəzeti siyahının daha da uzun olacağını və Afrika ölkələrinin əksəriyyətinin hədəf alınacağını açıqlayıb. Ümumilikdə 36 ölkə (onlardan 25-i Afrikadadır)  D.Trampın hədəfindədir.

Aydın Baxış  


SON XƏBƏRLƏR

09 Fevral 2026