• Bakı 19° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Tramp: "Avropa yox ola bilər"

DÜNYA

22 Aprel 2026 | 01:00 | Müəllif: Subhan Mahmudov

Tramp: "Avropa yox ola bilər"

ABŞ Prezidenti Donald Tramp Avropanın "özünü nizamlamasa", yox ola biləcəyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri o, aprelin 21-də səsləndirib.

"Avropa özünü qaydaya salmalıdır. Energetika və miqrasiya baxımından nizam yaratmalıdırlar, əks halda Avropa artıq olmayacaq", - deyə Tramp bildirib.

O, xatırladıb ki, dəfələrlə Avropanı "kağız pələng" adlandırıb.

Donald Tramp, həmçinin NATO-nun ABŞ-yə ciddi ehtiyacı olduğunu vurğulayıb və Vaşinqtonun dəstəyi olmadan alyansın "kağız pələng"dən başqa bir şey olmadığını qeyd edib.

ABŞ lideri əlavə edib ki, bu fikirləri siyasətə gəlməzdən əvvəl də səsləndirib və baş verənləri izləməyi maraqlı hesab edir./Oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR