• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Tramp: "Mən Ukrayna münaqişəsinin həllinə nail olacağam"

DÜNYA

06 Avqust 2024 | 12:24 | Müəllif: Əli Hüseynov

Tramp: "Mən Ukrayna münaqişəsinin həllinə nail olacağam"

Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp hakimiyyətə gələcəyi təqdirdə Ukrayna münaqişəsini həll etməyə başlayacaq.

Bakıvaxtı.az xəbər verir ki, sabiq dövlət başçısı bu barədə tanınmış jurnalist Edin Rossa müsahibəsində deyib.

“Seçkilərdə qalib gələcəyim təqdirdə, ilk işim Vladimir Putin və Volodimir Zelenski ilə əlaqə saxlamaq olacaq. Mən onların hər ikisini yaxşı tanıyıram və onlarla Ukrayna münaqişəsini həll etməyə nail olacağam, - deyə Donald Tramp bildirib.

Ağ Evin sabiq rəhbəri iyunun 27-də keçirilən seçki debatları zamanı 2025-ci il yanvarın 20-də baş tutacaq andiçmə mərasiminədək münaqişənin həllinə nail olacağına vəd verib. Onun sözlərinə görə, Moskva ABŞ prezidentinə hörmət etsəydi heç vaxt Ukraynaya hücum etməzdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026