• Bakı 22° C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

Trampdan SİQNAL: Kriptovalyuta sisteminə...

DÜNYA

17 Sentyabr 2024 | 14:56

Trampdan SİQNAL: Kriptovalyuta sisteminə...

ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasının  prezidentlik yarışında namizədi Donald Tramp kriptovalyuta sənayesinə girməyin zəruriliyini vurğulayan açıqlama verib.

Bakıvaxtı.az xəbər verir ki, o, sosial media platformasında canlı yayımda kriptovalyuta sənayesi ilə bağlı açıqlamalar verib.

Kriptovalyutanın yeni maliyyə sistemini dəyişdirəcəyini vurğulayan Tramp qeyd edib: 

"Kripto bizim daxil olmağımız lazım olan bir sahədir. İstəsək də, istəməsək də bunu etməliyik",- o, bildirib.

New York Times-ın məlumatına görə, Tramp və oğullarının iyul ayından etibarən sosial media hesablarında təbliğat apardıqları "World Liberty Financial" şirkəti yaxın vaxtlarda "$WLFI" kriptovalyutası adı ilə ictimaiyyətə çıxacaq.

Digər tərəfdən Trampın kripto pul sənayesinə atılması ABŞ-də bir çox dairələrin reaksiyasına səbəb olsa da, noyabrda seçiləcəyi təqdirdə kriptovalyuta təşəbbüsündə iştirakının ciddi maraqlar toqquşmasına səbəb olacağı bildirilir.

Əli Hüseynov


SON XƏBƏRLƏR

18 Sentyabr 2024